Xızıda tank mərmisi aşkarlandı - VİDEO/FOTO

11:50 - 05 Aprel 2022

Xızıda tank mərmisi aşkarlandı - VİDEO/FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.

 







Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az