Havada tozun miqdarı norma daxilindədir

14:07 - 05 Aprel 2022

Havada tozun miqdarı norma daxilindədir

Dünən ölkə ərazisində transsərhəd, eyni zamanda güclü şimal-qərb küləkləri nəticəsində lokal xarakterli çirklənmə müşahidə edilib.

 

Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Manset.az-a bildirib.

“Ötən gün Bakı şəhərinin Xətai rayonunda günün bəzi saatlarında havada tozun miqdarı 5.9, Nizami rayonunda 7.2, Səbail rayonunda 8.4, Gəncə şəhərində isə normadan 2.9 dəfə yüksək olub. Avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən aprelin 5-i səhər saatlarında havada qaz qarışıqlarının

və dispers toz hissəciklərinin konsentrasiyaları norma daxilindədir”.

G.Abbasovanın sözlərinə görə, sinoptik şəraitlə əlaqədar gün ərzində zəif çirklənmə səviyyəsi proqnozlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az