Nərimanov rayonu, Əliəşrəf Əlizadədə oğurluq hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, oğrunun üzü açıq-aydın görünsə də, hadisədən 1 ay keçməsinə baxmayaraq hələ də oğruların tapılmasında problem yaranıb.
Şikayətçi Əli Məmmədov saytımıza bildirib ki, oğruların bu qədər rahat hərəkət etmələri və tapılmaması onda çox narahatlıq doğurur.
Velosipedin məktəbə 1-ci sinifə başlayan oğlu üçüb hədiyyə alındığını bildirib.
O, velosiped oğurluğu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini deyib:
"İnşallah hüquq mühafizə orqanları tezliklə velosipedin tapılmasına yardımçı olar".