AzTV-nin əməkdaşları Xocasəndə ağac əkdilər - Fotolar

16:00 - 05 Aprel 2022

AzTV-nin əməkdaşları Xocasəndə ağac əkdilər - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası Binəqədi rayonunun Xocasən qəsəbəsində keçirilib.

 

Manset.az-ın məlumatına görə, genişmiqyaslı ağacəkmə aksiyasına “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları da qoşulub.

Aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, builki “Yaşıl marafon” çərçivəsində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az