Bakıda qadın həbsdə olan həyat yoldaşına mobil telefon keçirmək istəyib.
Penitensiar xidmətdən Manset.az-a verilən məlumata görə, hadisə Bakı İstintaq Təcridxanasında qeydə alınıb.
Belə ki, Ağdaş sakini Nərmin Babayeva həbsdə olan əri Rahib Babayevlə qısamüddətli görüşə gəlib. Onun şəxsi əşyalarına və üzərinə baxış keçirilən zaman, pul kisəsinin içərisində gizlədilmiş daxilində danışıq kartları olan mobil telefon aşkar edilib.
Təcridxananın əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.