Fransada tonlarla "Kinder Surprise" yumurtası geri çağrılıb.
Manşet.az ölkə.az-a istinadla xəbər verir ki, buna səbəb Böyük Britaniyada "Kinder Surprise" yumurtaları ilə əlaqəli bir epidemiyanın uşaqların salmonellaya (bakteriya növü-red.) yoluxmasıdır.
İstehsalçı "Ferrero" Fransada bəzi "Kinder" şokolad məhsulları üçün eyni addımı təkrarlayıb.
Şirkət Fransada rəflərdə olan Belçika istehsalı tonlarla "Kinder" şokolad məhsul geri çağrılsa da, məhsulların salmonella infeksiyası ilə əlaqəsinin aşkar olunmadığı, istehlakçılardan hələlik heç bir şikayətin olmadığı bildirilib.
Geri çağırılan məhsullara "Kinder Surprise" yumurtaları, "Schoko-Bons" və kiçik yumurtalar və bəzi digər "Kinder" şokoladları daxildir.
Qeyd edək ki, Böyük Britaniyada 63 uşaq "Kinder Surprise" yumurtalarını yedikdən sonra salmonellaya yoluxub."Ferrero" ehtiyat tədbiri olaraq son istifadə tarixi 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixləri arasında olan iki yumurta partiyasını geri çağırıb. Epidemiya səbəbindən insan itkisi qeydə alınmayıb.
Salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənc və immunitet sistemi üçün zaman zaman xəstəxanaya yerləşdirmə tələb oluna bilər.