Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9 497 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 588, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 519 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 523 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 830 745, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 131 203, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 232 234 nəfər təşkil edir.