Türkiyənin Balıkesir şəhərini sel basdı

16:44 - 26 Fevral 2026

Türkiyənin Balıkesir şəhərini sel basdı

Türkiyənin Balıkəsir şəhərində son günlərdə güclü leysan yağışları səbəbindən kanallardan çıxan sular nəticəsində bəzi ərazilərdə su yığıntıları meydana gəlib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, su yığınıtları selə çevrilərək ərazidə yaşayanların yaşayışını çətinləşdirib.

İntensiv yağışlar səbəbindən yollarda çöküntülər baş verib. Əsas kanalizasiya borularının zədələnməsi nəticəsində kanallardan çıxan sular, ətrafdakı tikililəri basıb. Su yığıntıları ərazidə narahatlıqlara səbəb olub. Bölgə sakinləri hər hansı bir tədbir görülmədiyini bildirərək bu vəziyyətə etiraz ediblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az