Son günün koronavirus STATİSTİKASI

16:41 - 12 Aprel 2022

Son günün koronavirus STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 211 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az