Azərbaycanda yaşayış ərazisi tullantı poliqonuna çevrildi - VİDEO

17:29 - 12 Aprel 2022

Azərbaycanda yaşayış ərazisi tullantı poliqonuna çevrildi - VİDEO

Lənkəranın Seydəkəran-Xolmili-Tütəpeştə yolunun kənarı məişət tullantılarının atıldığı məkana çevrilib. Hər gün məktəbə, işə gedənlər üfunət qoxusunu alaraq bu mənzərəni müşahidə etmək məcburiyyətində qalırlar. 

 

Digər tərəfdən, qalaq-qalaq tullantıların olması küçə itlərinin sözügedən ərazidə toplaşmasına şərait yaradır. Beləliklə də təhlükə, xəstəlik riski və antisanitariya bir-birinə qarışıb. 

Antisanitar vəziyyətin hökm sürdüyü ərazi Şürük kənd bələdiyyəsinin balansındadır. Bələdiyyədən bildirilib ki, ərazidə hər həftə təmizlik işləri aparılır. Bələdiyyə sədri Valeh Hüseynli hər gün nəzarət olunduğunu desə də, ərazidə nə zibil qutusu, nə də hər hansı maarifləndirici lövhə gözə dəyir.

Manset.az  Baku TV-nin süjetini təqdim edir:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az