Ölkə ərazisində güclü küləyin davam edəcəyi tarix AÇIQLANDI

21:46 - 12 Aprel 2022

Ölkə ərazisində güclü küləyin davam edəcəyi tarix AÇIQLANDI

Milli Hidrometeorologiya Xidmətinin aprelin 12-si saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi güclənib. 

Manşet.az xəbər verir ki, küləyin sürəti Ağdamda arabir 38 m/s,  Bərdə və Tərtərdə 36 m/s, Ağdamda 34 m/s, Gəncədə 33 m/s, Naftalanda 32 m/s, Bərdə, Tovuz, Daşkəsəndə 28 m/s, Kəlvəzdə 25 m/s, Zərdab, Ağstafa,  Şəmkir, Gədəbəydə 24 m/s, Balakəndə 21 m/s - dək güclənib, digər rayonlarda isə 15-20 m/s arasında gücləndiyi müşahidə edilir. 

Ölkə ərazisində güclü küləkli hava şəraitinin aprelin 13-ü axşamadək davam edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az