Aprelin 14-də havada tozun miqdarı norma daxilində olacaq

12:18 - 13 Aprel 2022

Aprelin 14-də havada tozun miqdarı norma daxilində olacaq

Dünən axşam  saatlarından başlayaraq şimal-qərb küləyinin  güclənməsi nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım müşahidə edilib.

 

Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Manset.az-a bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai  rayonunda normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”.

G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə  şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə düşəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az