ABŞ alimlərinin yeni araşdırmasında okeanlarda 5 500-dən çox yeni virus növünün aşkar edildiyi açıqlanıb.
Manşet.az sfera.az-a istinadla xəbər verir ki, "Science” jurnalında dərc edilən araşdırmada dünyanın hər yerindən on minlərlə su nümunəsinin analiz edildiyi, RNT viruslarının və ya RNT-ni genetik material kimi istifadə edən virusların aşkar edildiyi ifadə edilib.
RNT viruslar insanlarda soyuqdəymədən COVID-19-a qədər xəstəliklərə səbəb olduğu kimi, insanlar üçün vacib olan bitki və heyvanları da yoluxdurur. Dörd ildir okeanlardan toplanan su nümunələrində 44 mindən çox genin araşdırıldığı və 5 504 yeni dəniz RNT virusunun təyin edildiyi bildirilib.
RNT viruslarının ölümcül xəstəliklərə səbəb ola bilcəyi deyilsə də, bu virusların ekosistemdə mühüm rol oynadığı vurğulanıb.