"Şərəfsiz, iyrənc, TFU..." - Hidayətqızından ŞƏRT SÖZLƏR

12:33 - 14 Aprel 2022

\"Şərəfsiz, iyrənc, TFU...\" - Hidayətqızından ŞƏRT SÖZLƏR

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

 

Manset.az-ın məlumatına görə, o, instaqram hesabında Masallıda 7 il əvvəl baş verən qətllə bağlı status paylaşıb. 

Xoşqədəm əmisi qızı Səidəni amasızlıqla qətlə yetirən Əfrail Məmmədova təhqiramiz sözlər yazıb:

"Öz əmisi oglu tərəfindən təcavüzə məruz qaldı, sonra müəmmalı şəkildə yoxa çıxdı. İllərdir "Səni axtaıram"da axtarış getdi. Təcavüz edən əmioğlu studiyada mən daxil hamını təhqir etdi, hədələdi. Amma ana sonuna qədər "Qızımı Əfrayıl öldürüb" dedi.

Anaya inandım. Bu fotoda gördüyünüz vicdansıza etiraf et dedim. Etiraf evəzinə məni məhkəməylə hədələdi. İndi bu şərəfsiz Səidəni öldürdüyünü, başın kəsdiyini, yandırdıĞını etiraf edib. Şərəfsiz, iyrənc, sən məni məhv etdin, sinirlərim pozuldu, yuxum qaçdı, insanlığa nifrət oyatdın. Аllah bəlanı versin!".

Qeyd edək ki, 5 iyul 2015-ci il tarixdə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, qadının tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün 8 fevral 2022-ci il tarixdə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib.

Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Masallı rayonunun Təklə kənd sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobil ilə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla qadının boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla onu öldürüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az