XİN-dən Tunisdə batan gəmidəki azərbaycanlılar barədə - Açıqlama

20:01 - 16 Aprel 2022

XİN-dən Tunisdə batan gəmidəki azərbaycanlılar barədə - Açıqlama

Bu gün Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb.

Manşet.az xəbər verir ki, məsələ barədə XİN açıqlama yayıb.

Bildirilib ki, gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub:

“Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb.

Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az