Azərbaycanda icra hakimiyyətlərinin sayı azaldıla bilər - Başçılar nə edəcək? - VİDEO

11:48 - 18 Aprel 2022

Azərbaycanda icra hakimiyyətlərinin sayı azaldıla bilər - Başçılar nə edəcək? - VİDEO

"Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın. Bunlar gündəmdədir".

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "ARB24"-də yayımlanan “Peşəkar Mübahisə” verilişində deyib.

O əlavə edib ki, buna qədər iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: "1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Bir rayonu iki hissəyə bölüblər.

Birdən-birə birləşdirib 15-17 rayon yaratmaq olmaz. Mərhələli şəkildə bunları azaldıb uyğun şəkildə sistemləşdirmək lazımdır.

Əvvələr belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az