44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanı İbrahimov Atiq Ariz oğlunun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, turnir Mingəçevir şəhər stadionunda baş tutub.
Region liqasının kubokunun 1/4 finalında “Energetik” F.K. (Mingəçevir) və “Cəbrayıl” F.K. (Cəbrayıl) qarşılaşıb.
“Energetik” F.K. futbolçuları meydançaya şəhidin üstündə şəkili əks olunan köynəklərdə çıxıblar.
Oyun başlamadan A.İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1:2 hesabı ilə başa çatan oyunda qonaqlar qələbə qazanıblar.
Növbəti qarşılaşma Sumqayıtda olacaq.