Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Manşet.az xəbər verir ki, iclasda komitə sədri Bəxtiyar Əliyev bildirib ki, “Ümumi təhsil haqqında” Qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.
Qanunun 12-ci maddəsinə irəli sürülən dəyişiklikdə isə ümumi təhsil müəssisələrinin yeni təsnifatı təklif olunub.
Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanununun 7.0-cı maddəsində və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.