Qəzada yaralanan 6 nəfərin vəziyyəti necədir? - VİDEO

10:51 - 19 Aprel 2022

Qəzada yaralanan 6 nəfərin vəziyyəti necədir? - VİDEO

Ötən gün Bakıda baş vermiş qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində toqquşan “Mercedes” markalı avtomobillərdə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfər artıq evə buraxılıb. Belə ki, 2-si uşaq olmaqla bel və qarın nahiyələrindən xəsarət almış 3 nəfər xəstəxanadan evə yazılıb. Digərlərinin isə müalicəsi davam etdirilir. 

Sosial şəbəkələrdə hadisə yerindən çəkilmiş görüntülər yayılıb. Videoda qəza zamanı avtomobillərdən birinin aşdığı görünür.  

Xatırladaq ki, dünən 10 ND 561 və 90 GG 589 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı. 

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az