“Azərişıq” Səlyanda yenidənqurma işlərini başa çatdırdı

13:47 - 19 Aprel 2022

“Azərişıq” Səlyanda yenidənqurma işlərini başa çatdırdı

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları  əhatə edən  100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

 

Manset.az xəbər verir ki, layihə çərçivəsində Salyanın Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı  kəndinin elektrik şəbəkəsi yenidən qurulub.

Bu kəndlərdə ötən əsrin 50-60 ci illərində qurulmuş enerji təsərrüfatı artıq yararsız vəziyyətdə idi.

Babacanlı qəsəbəsində ümumilikdə 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 13 km-dan çox 10 kV-luq, 28 km-a yaxın 0,4 kV-luq  elektrik xətti yenilənib.

1171 abonenti olan bu 2 yaşayış məntəqəsində elektrik sayğacları dəyişdirilib.

Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndi ilə yanaşı, Salyanın Beşdəli, Cəngən, Xocalı və Qardaşbəyli kəndləri də bu layihədə yer alıb.   

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az