Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları təsdiqlənib.
Manşet.az xəbər verir ki, bu haqda Mədəniyyət Naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Müəllimlərin işə qəbulunun ümumi qaydalarına əsasən, məktəb və mərkəzlərə qəbul müsabiqə vasitəsilə olacaq. Müsabiqə test imtahanı və müsabiqədən ibarət olmaqla iki mərhələdə keçiriləcək.
İşə qəbulla bağlı müsabiqə ildə bir dəfə təşkil olunacaq.