Güclü külək nə vaxt kəsəcək? - AÇIQLAMA

10:16 - 21 Aprel 2022

Güclü külək nə vaxt kəsəcək? - AÇIQLAMA

“Ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi və yağıntılı hava şəraiti mülayimləşəcək”.

 

Manset.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, axşama doğru yağıntılar kəsiləcək:

“Eyni zamanda, güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az