“Kupça”sız mənzillərə vergi ödənilməlidir? – VİDEO

22:15 - 22 Aprel 2022

“Kupça”sız mənzillərə vergi ödənilməlidir? – VİDEO

Çıxarışı olmayan mənzillərə əmlak vergisı ödənişi üçün bildiriş göndərilib.

Manşet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bildiriş Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış komplekslərindən birindəki sakinlərə göndərilib.

Bələdiyyənin göndərdiyi sənəddə nə qədər vergi ödənilməli olduğu bildirilməsə də, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlaka görə ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu qeyd edilib. Sakinlər isə bunun qanunsuz olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Xırdalan şəhər bələdiyyəsindən bildirilib ki, onların göndərdiyi bildirişlər tam qanunauyğundur.

Xırdalan bələdiyyəsindən o da deyilib ki, əgər vətəndaşların hər hansı bir şikayəti varsa, aidiyyəti üzrə məhkəməyə müarciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az