Ukraynada həlak olan azərbaycanlı dəfn edildi - FOTO

12:46 - 23 Aprel 2022

Ukraynada həlak olan azərbaycanlı dəfn edildi - FOTO

Ukraynanın Mariupol şəhərində həlak olan Samux rayonun sakini İlqar Məmmədov dəfn edilib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, dəfn mərasimində kənd sakinləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

İlqar Məmmədov Sərkar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa təxliyə edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb.

O elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub və nəşi çıxarılaraq Azərbaycana gətirilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az