Daxili İşlər Nazirliyi Bərdədə zibillik ərazidə halsız vəziyyətdə tapılan qadınla bağlı açıqlama yayıb.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirildiyini bildirilib. Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.
Hazırda qadının müalicəsi davam etdirilir.