Keçmiş məhkum 5 minə yaxın pul oğurladı

13:51 - 28 Aprel 2022

Keçmiş məhkum 5 minə yaxın pul oğurladı

Xətai RPİ-nin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərində heroin də aşkar edilib və götürülüb. Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az