DİN-dən yanğınla bağlı - Açıqlama

22:09 - 28 Aprel 2022

DİN-dən yanğınla bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

DİN-dən Manşet.az-a verilən məlumata görə, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunublar.

Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər. Hazırda polis əməkdaşları tərəfindən  hadisə yeri mühafizə edilir.


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az