Səni Axtarıramda SENSASİYA: 4 günə 1 milyon manatdan çox vəsait toplandı- VİDEO

20:48 - 29 Aprel 2022

Səni Axtarıramda SENSASİYA: 4 günə 1 milyon manatdan çox vəsait toplandı- VİDEO

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində “Bir milyona 10 uşağı xilas edək!” yardım kampaniyası elan olunmuşdu.

Manşet.az xəbər verir ki, bu gün “Səni axtarıram” verilişində 10 uşağı xilas etmək lazım olan 1 milyon manatdan çox vəsait toplanıb.

Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin canlı efirində elan edib. 

Bir neçə gün öncə verilişin canlı efirində rekord həcmdə yardım məbləğinin (500 min manatın ) toplanması barədə məlumat verilmişdi.

Kampaniya çərçivəsində toplanan 1 milyon manatdan çox vəsait leykoz xəstəsi olan Nuray Əmirli ilə yanaşı, daha 9 nəfər xəstəlikdən əziyyət çəkən uşağın müalicəsi üçün istifadə ediləcək.

Qeyd edək  ki, əməliyyata ehtiyacı olan uşaqlardan biri, Raulun atası Əliyev Vüsal 44 günlük Vətən Müharibəsi iştirakçısıdır. Vüsal “Suqovuşanın azad olunmasına görə”, "Hərbi xidmətdə fərqlənməyə görə"

3-cü dərəcəli medalı ilə təltif olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az