Təhsil Nazirindən yeni təyinat- FOTO

21:01 - 29 Aprel 2022

Təhsil Nazirindən yeni təyinat- FOTO

Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub.

Manşet.az xəbər verir ki, bununla bağlı təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mənsimli Sənan Famil oğlu təyinat alıb. S.Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub. Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə Salyan rayonunda yerləşir.

Qeyd edək ki, S.Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində doğulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az