İstehlaka yararsız 4 tona yaxın kolbasa və sosiska məhv edildi - FOTO

16:16 - 03 May 2022

İstehlaka yararsız 4 tona yaxın kolbasa və sosiska məhv edildi - FOTO

İstehlaka yararsız kolbasa və sosiska məmulatları məhv edilib.

 

Bu barədə Manset.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, fiziki şəxs Cəfərov Səxavət Ərəstun oğlunun Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3750 kq kolbasa və sosiska məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az