İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir? - AÇIQLAMA

11:13 - 04 May 2022

İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb.

 

Manse.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb. 

Z.Niyazovun vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, onun vəziyyəti stabildir: “Z. Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb”.

Qeyd edək ki, X. Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az