Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olundu

15:47 - 04 May 2022

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olundu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus  ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib. 

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, işlik materialın  haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az