Almaniyaya maye heroin aparmaq istəyərkən ələ keçdi

19:21 - 04 May 2022

Almaniyaya maye heroin aparmaq istəyərkən ələ keçdi

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir əməliyyat həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Manşet.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə vasitəsilə, Almaniyaya biyan kökü yükü aparan 29E39310 dövlət nömrə nişanlı “RENAULT” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib.

Gömrük baxışı keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında xalis çəkisi 8 kiloqram 700 qram olan narkotik vasitə-heroin aşkar olunub.

Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az