Ermənistanda saxlanılan Azərbaycan əsilli şəxs yoxdur - RƏSMİ

12:06 - 05 May 2022

Ermənistanda saxlanılan Azərbaycan əsilli şəxs yoxdur - RƏSMİ

“Birinci Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda baş çəkdiyi məntəqələrdə Azərbaycan əsilli saxlanılan şəxs yoxdur”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, hazırda Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur:

“2020-ci ildə baş verən münaqişə zəminində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir”.

BQXK nümayəndəsi qeyd edib ki, həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-cı illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var:

“Hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az