Bu gün Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasda 25 aprel – 5 may 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub .
Manşet.az xəbər verir ki, monitorinqlər zamanı “ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan “Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla “Media haqqında” Qanunun tələblərinin pozulması faktı qeydə alınıb.
Bu səbəbdən iclasda “ARB” televiziya yayımçısının proqramlarının yayımının 8 may 2022-ci il tarixdə saat 09.00-dan 12.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.