Əhalinin DİQQƏTİNƏ: Havada toz dumanı müşahidə OLUNUR

18:57 - 06 May 2022

Əhalinin DİQQƏTİNƏ: Havada toz dumanı müşahidə OLUNUR

Havada toz dumanı müşahidə olunur

Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı şəhərinin Xətai rayonunda 2,2 dəfə normadan çox olub. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Manşet.az xəbər verir ki, müşahidə edilən tozlu hava şəraiti lokal xarakterlidi. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır. 

G.Məmmədova qeyd edib ki, küləkli hava şəraiti ilə əlaqədar olaraq  yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az