Hər kəsin gözlədiyi xəbər: Amir üçün tələb olunan məbləğ toplandı

20:03 - 06 May 2022

Hər kəsin gözlədiyi xəbər: Amir üçün tələb olunan məbləğ toplandı

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə başa çatıb. 

Manşet.az xəbər verir ki, efirdə yekun məbləğin tamamlanması üçün 10 min manatın qaldığını bildirən aparıcı Zaur Baxşəliyev bir anda sevinc göz yaşına boğulub.

Belə ki, ATV telekanalının kollektivi 1 yaşlı Amir üçün 10 min azn köçürərək məbləği bağlayıb.

Qeyd edək ki, ATV telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amirin sağalması üçün “Zolgensma” iynəsi lazım idi və bu iynənin qiyməti 3 milyon 672 min manatdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az