Azərbaycanda 39 nəfərə sümük iliyi köçürülüb - Zaur Əliyev

20:20 - 06 May 2022

Azərbaycanda 39 nəfərə sümük iliyi köçürülüb - Zaur Əliyev

2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub.

TƏBİB-dən Manşet.az-a verilən xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
O bildirib ki, əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır.

Zaur Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq, ödənişsiz həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az