6 may 2022-ci il Bakı Şəhər Mədəniyyət Baş idarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əbədi yaşar lider ” adlı tədbir təşkil edildi.
Manset.az xəbər verir ki, tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, millət vəkili Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, musiqi məktəblərinin, mədəniyyət evlərinin direktorları və Qaradağ rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başladı.Tədbir Ulu Öndər Heydər Əliyevə həsr edilmiş Heydər Əliyev-Müstəqil Azərbaycanın memarı adlı video çarxın nümayişi ilə başladıldı . Tədbirin aparıcısı -Arzu İbrahimova çıxış üçün ilk sözü Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verdi. İbrahim Əliyev öz çıxışında bildirdi ki,Heydər Əliyev Mərkəzini Ekskursiya edərkən Heydər Əliyev Fondunda işlədiyim zaman xüsusi diqqətlə yerləşdirdiyimiz əşyalər,geyimlər gözümdə canlandı. Eksponatdakı şəkillərdə gördüklərimin canlı şahidi olmuşam.
Daha sonra Qaradağ rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Leyla Nəcəfova Ulu Öndərin keçdiyi həyat yolundan,Azərbaycan xalqının tarixində gördüyü misilsiz xidmətlərdən danışdı.Heydər Əlirza oğlu ömrü boyu mənalı və ibrətamiz bir həyat yaşayaraq fəaliyyət göstərmiş,müdrik və uzaq görən siyasəti,liderlik keyfiyyəti və xüsusi rəhbərlik bacarığı ilə xalqımızın Ümumilli Lideri səviyyəsinə yüksəlmiş,görkəmli siyasi və dövlət xadimi,qüdrətli tarixi şəxsiyyət olmuşdur.Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün bütün bu misilsiz xidmətlərlə yanaşı 3 böyük nemət də bəxş etmişdir: Müstəqil Azərbaycan dövləti ;Yeni Azərbaycan Partiyası;İlham Əliyev şəxsiyyəti.Ulu Öndərimiz Azərbaycan xalqına xitabən demişdir: «Mən özüm qədər İlham Əliyevə inanıram.İnanıram ki,mənim başa çatdıra bilmədiyim işləri,arzuları,istəkləri o,həyata keçirəcək».Bu gün xalqımızın ən böyük arzusu və istəyidə artıq reallaşdı .Müzəffər Ali Baş komandanımız ata vəsiyyətini yerinə yetirərək 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.Bu qələbə təkcə torpaq,ərazi bərpası deyil,bu bizim milli qeyrətimiz,milli qürurumuzun qələbəsidir! Sonda isə bildirdi ki,»Mən fəxr edirəmki,Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə rəhbər şəxs kimi fəaliyyət göstərirəm mərkəzimizin fəaliyyəti ilə Ulu Öndərimizin əziz xatirəsini daim yaşadırıq və yaşadacağıq».
Millət vəkili Aydın Hüseynov öz çıxışında Heydər Əliyevin həyatı ilə bağlı və onun Azərbaycan xalqının taleyində oynadığı mühüm hadisələrlə bağlı öz fikirlərini çatdırmışdır. Ulu Öndər hələ birinci dəfə hakimmiyyətdə olduğu dövrdə Aərbaycanın bütün istiqamətlərdə inkişafına nail olmuşdur.Əgər o dövrlərdə Azərbaycan aqrar ölkə kimi tanınırdısa, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan sənaye ölkəsinə çevrildi.Ən nəhayətində deyə bilərik ki,Müstəqil Azərbaycan dövlətinin inkişafını ,möhkəm bir dövlət olmasının əsasını qoyubdur.
Daha sonra Qaradağ rayon İcra hakimiyyətinin başçısının müavini Təranə İsmayılova da Heydər Əliyev haqqında öz fikirlərini bildirərək Heydər Əliyevin Azərbaycan qadınlarının siyasətinə çox önəm verdiyinidə xüsusi vurğuladı.Gənclik illərində Ulu Öndərin iştirak etdiyi birçox dövlət tədbirlərindəki xatirələrindəndə söz açdı.
Tədbirin bədii hissəsində Ulu Öndərin sevdiyi, özünün də zümzümə etdiyi musiqilərdən ibarət qısa video çarx nümayiş etdirildi. Sonra isə Muğam müsabiqəsinin qalibi Səbinə Ərəbli, Xanəndə Vətən müharibəsi qazisi Əvazxan Əzizov və Xanəndə Gülyaz Həsənzadə musiqi nömrələri ilə çıxış etdilər.166 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Səma Əliyeva «Qalibiyyət Dastanı» adlı şeir nömrəsi ilə çıxış etdi.