ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları müzakirə olundu

13:08 - 07 May 2022

ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları müzakirə olundu

Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub. 

 

Manset.az xəbər verir ki, “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də ETSN ilə FAO arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az