“Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur” - Ceyhun Bayramov

13:15 - 07 May 2022

“Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur” - Ceyhun Bayramov

“Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi”.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Naxçıvana səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız qürürla işğaldan azad edilən torpalarımızda dalğalanır:

“Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az