Bakıda mağazanın anbarından oğurluq edildi

12:57 - 09 May 2022

Bakıda mağazanın anbarından oğurluq edildi

Bakıda mağazanın anbarından oğurluq edilib.

 

Bu barədə Manset.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Dərnəgül qəsəbəsi ərazisindəki mağazalardan birinin anbarından 2 500 manat dəyərində elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Pərvin İsmayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az