Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

13:16 - 09 May 2022

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Sabah gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Bu haqda Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az