Məzarların üzərindən güldan oğurladılar

13:40 - 09 May 2022

Məzarların üzərindən güldan oğurladılar

Ağdam Rayon Polis Şöbəsinə mayın 6-na keçən gecə Zəngişalı, Əhmədağalı və Qərvənd kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda bir neçə məzarın üzərindən güldanların oğurlanması barədə müraciətlər daxil olub.

 

Manset.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Əfətli və Zəngişalı kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda daha 4 məzarın üzərindən güldan oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az