Azərbaycanda qanunsuz miqrantların sayı çox aşağıdır - DMX rəisi

14:26 - 10 May 2022

Azərbaycanda qanunsuz miqrantların sayı çox aşağıdır - DMX rəisi

Azərbaycanda müvəqqəti saxlama mərkəzlərində saxlanılan qanunsuz miqrantların sayı çox aşağıdır.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, Azərbaycanda 142 min miqrant varsa, onlardan cəmi 3 minə yaxını qanunsuz yaşayır.

"Saxlanılan qanunsuz miqrantların sayı isə çox cüzidir. Həmin şəxslər aşkarlanaraq müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilir. Hazırda Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzlərində 10-dan az qanunsuz miqrant var",- deyə xidmət rəisi deyib.

O bildirib ki, Azərbaycandakı qanunsuz miqrantlar əsasən qonşu dövlətlər və cənub-şərqi Asiyadandır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az