XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi BAŞLADI

22:17 - 10 May 2022

XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi BAŞLADI

Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

Manşet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az