Azovda yanan gəmidə Azərbaycan vətəndaşlarının olması xəbərinə - Rəsmi cavab

16:02 - 11 May 2022

Azovda yanan gəmidə Azərbaycan vətəndaşlarının olması xəbərinə - Rəsmi cavab

Ötən gün Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib. Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinin gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürüb.

 

Manset.az xəbər verir ki, Vanuatu bayrağı altında üzən “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfərin olduğu, hadisə nəticəsində bir nəfərin həlak olduğu bildirilirdi.

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayıb. XİN-in Mətbuat xidmətindən bildirilib ki, ilkin məlumatlara görə, sözügedən gəmidə Azərbaycan vətəndaşları olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az