Nəcməddin Sadıkovun kadrı həbs edildi - FOTO

18:46 - 04 İyun 2022

Nəcməddin Sadıkovun kadrı həbs edildi - FOTO

Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, o, külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirilir.

E.Məcidova Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsində Elxan Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, ​Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsi, qanunsuz aylığa buraxılmasını təmin etməkdə təqsirli bilinir.

Qeyd edək ki, Elxan Məcidovun əvvəllər Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi kimi işlədiyi bildirilir.

Nəcməddin Sadıkovun kadrı həbs edildi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az