Azərbaycanla Özbəkistan arasında daha bir ANLAŞMA: Media sahəsində

12:44 - 22 İyun 2022

Azərbaycanla Özbəkistan arasında daha bir ANLAŞMA: Media sahəsində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.

 

Manset.az xəbər verir ki, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı-direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az