“AzərEnerji”dən əhaliyə xəbərdarlıq - VİDEO

10:38 - 14 İyul 2022

“AzərEnerji”dən əhaliyə xəbərdarlıq - VİDEO

“AzərEnerji” yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasına yem, saman, odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrinin biçindən sonra yandırmağın qanunla qadağan edilməsi barədə xəbərdarlıq videoçarx hazırlayıb.

 

Manset.az “Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!” devisi altında hazırlanan videoçarxı təqdim edir.

Qeyd edək ki, son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da təbii ki, daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az